Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi ümumi prosesin bir detalıdır” - Partiya sədri

“Bundan sonrakı dönəmdə Azərbaycan daha böyük uğurlar əldə edəcək”.

Bu sözləri 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi qələbəni dəyərləndirən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu Yenicag.az-a açıqlamasında deyib.

Rafiq Turabxanoğlu qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli artırıb:

“Azərbaycanın əldə etdiyi uğur təqdirəlayiqdir. Çünki mövcud gedişat mürəkkəb siyasi prosesin tərkib hissəsidir və bu prosesdə əldə olunan nəticələr mümkün reallıqlardan ibarətdir.

Vətən müharibəsində qazanılan uğurla Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Azərbaycan isbat etdi ki, ona inanmaq və güvənmək olar. Bununla yanaşı, Azərbaycan Ordusunun müasir dövrün tələblərinə uyğun formalaşdığını və yüksək döyüş qabiliyyətinə yiyələndiyini bütün dünya gördü.

Şübhə yoxdur ki, bundan sonrakı dönəmdə Azərbaycan daha böyük uğurlar əldə edəcək. Təbii, bunun üçün qarşıya qoyulan məqsədlər uğrunda ardıcıl fəaliyyət davam etdirilməlidir.

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi isə sadəcə, bir detaldır. Rusiya əvvəlki kimi qorxulan bir dövlət deyil və Ermənistan da başa düşdü ki, Azərbaycana qarşı yürütdüyü siyasətə son verməlidir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

400
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100