!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya -Türkiyə “soyuq savaşı”: Çarpaz atəş altındakı Azərbaycan

!Reklam – Yazi

Az-Armenia-Georgia-SuccessionistsSaxta erməni soyqırımı ilə bağlı bir çox Qərb dövlətlərinin, həmçinin Avropa Parlamentinin, Roma papasının məlum açıqlamaları Türkiyəni az qala Rusiyanın uzunmüddətli müttəfiqinə çevirəcəkdi. Ancaq prezident Vladimir Putinin qəfildən İrəvana səfər qərarı verməsi, üstəlik, orada çıxış edərək faktiki, Osmanlı Türkiyəsini suçlaması, təxminən eyni vaxtda isə ABŞ prezidenti Barak Obamanın tam əks mövqe sərgiləyərək Ankaranı incidəcək heç bir addım atmaması bu prosesi xeyli ləngitdi

Natiq_Miri_812190686Təbii olaraq belə bir sual meydana çıxır ki, Rusiya və Türkiyə yaxınlaşması Azərbaycana nə verə bilər? Yaxud əksinə, bu iki dövlət arasında soyuqlaşan münasibətlərin Azərbaycana nə kimi təsiri olacaq?

 

Politoloq Natiq Miri hesab edir ki, indiki geosiyasi gərginlik vəziyyətində Türkiyə-Rusiya münasibətlərinin soyuması uzunmüddətli və davamlı olmayacaq. Bunu hər iki ölkənin geosiyasi maraqları şərtləndirir.

“İqtisadi sanksiyalar burulğanında boğulan və diplomatik izolə vəziyyətinə düşən Rusiyanın Avrasiyanın mərkəzi olan Türkiyəyə çox ehtiyacı var. Eynən Qərb tərəfindən sıxışdırılan Türkiyənin Rusiya kimi böyük bir gücə, bazara və geosiyasi əhəmiyyətinə ehtiyacı var. Ona görə də bu münasibətlərin hələlik istiləşməsindən danışmaq olar. Bunun üçün bu ölkələrin qarşılıqlı olaraq müəyyən güzəştlərə getməsi, bəzi siyasi jestlər etməsi gərəkir. Xüsusilə də Rusiya prezidentinin Ermənistan səfərinin kompensasiyası üçün Türkiyəyə yönəlik bəzi cəlb edici addımlar atması gözləniləndir”.

 

Politoloqun fikrincə, Türkiyəni daha çox Qafqazda rolunun artırılması maraqlandırır.

“Artıq qondarma erməni soyqırımı tarixə qovuşdu və bu yöndə Rusiyanın hər hansı siyasi addımına Türkiyənin ehtiyacı yoxdur. Türkiyəni daha çox iqtisadi yöndə güzəştlər, Avrasiya bazarlarına güzəştli gömrük rüsumları şərtilə buraxmaq, Qafqazda rolunun artırılması və Qarabağ problemində Ermənistanın işğal torpaqlarının azad olunmasına vadar edilməsi maraqlandıra bilər. Bunlar olarsa, gələcəkdə Türkiyə-Rusiya münasibətlərinin daha istiləşməsindən və strateji xarakter almasından danışmaq olar. Belə olduğu təqdirdə Azərbaycanın da mövqeyi güclənmiş olacaq və çarpaz atəş altından qurtulmuş olacaq”.

“Eyni zamanda Qarabağ probleminin həllini stimullaşdıra və ölü nöqtədən tərpənməsinə, status-kvonun dəyişməsinə rəvac verə bilər. Bu isə regiona sülh, əmin amanlıq, əməkdaşlıq və inkişaf vəd edir. Ancaq Rusiyanın imperiya niyyəti, dayanıqlı tərəfdaş olmaması bu perspektivi şübhə altına alır. Ancaq hər bir halda bu münasibətlərin gələcək inkişafında Türkiyədə keçirilən parlament seçkiləri, Ukraynada gedən proseslər və Yaxın Şərqdə terrora qarşı mübarizə, o cümlədən Yəməndəki savaşın nəticələrindən də müəyyəm mənada asılı olacaq”.

Kamran

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv