!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna CƏBHƏSİ: “Bu qarşıdurma dalana dirənib” – Böyük Britaniya kəşfiyyatı

!Reklam – Yazi

“Böyük ehtimalla, Ukrayna cəbhədə müəyyən uğur qazanaraq, Rusiyanın əks-hücumundan effektli şəkildə müdafiə olunur”.

Yenicag.az pravda.com.ua-ya xəbər verir ki, Böyük Britaniya kəşfiyyatı Rusiya-Ukrayna cəbhəsində döyüşlərin “dalana dirəndiyini” açıqlayıb.

Britaniya kəşfiyyatının bu barədə yayımladığı gündəlik hesabatda qeyd edilib ki, cəbhədə ciddi dəyişikliklər olmasa da, Rusiya ordusunun Baxmut istiqamətində lokal irəliləyiş riski mövcuddur:

“Son günlər cəbhənin əsasən üç istiqamətində ağır döyüşlər gedir. Böyük ehtimalla, Ukrayna cəbhənin şimal-şərq istiqamətində, Kremennoy ətrafında müəyyən uğur qazanaraq, Rusiyanın əks-hücumundan effektli şəkildə müdafiə olunur.

Donetsk vilayətində – Baxmut istiqamətində Rusiya hərbçiləri və “Vaqner”çilər həftənnin əvvəlində işğal edilən Soledarda mövqelərini bərpa etməyə çalışırlar.

Həm Ukrayna, həm də Rusiya cənubda – Zaporojye istiqamətində çox sayda canlı qüvvə yerləşdirərək, artilleriya atəşini davam etdirsələr də, genişmiqyaslı hücum əməliyyatlarından yayınırlar”.

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv