!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 128-ci GÜNÜ: Moskva niyə mülki obyektləri hədəf alır? - TƏHLİL

!Reklam – Yazi

128 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 129 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 565 ədəd, səhra artilleriyası və minaatanlar – 766 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 250 ədəd, HHM sistemi – 104 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 160 ədəd, PUA – 638 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 862 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 920 ədəd, səhra artilleriyası və minaatanlar – 3 060 ədəd, YARS – 555 ədəd, HHM sistemi – 361 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 402 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində Rusiya qoşunları bütün istiqamətlərdə raket hücumlarını davam etdirib:

“Gün ərzində əməliyyat şəraitində vəziyyət əvvəlki gündəki kimi oldu. Bu gündə, əsasən, mövqe döyüşləri və artilleriya dueli ilə döyüşlər davam etdi.

Sumi, Çerniqov istiqamətlərində ciddi dəyişiklik baş vermədi.

Xarkov gün ərzində raket zərbələri ilə vuruldu. Xüsusən də reaktiv artilleriya atəşləri daha çox həyata keçirildi.

İzyum Slavyensk istiqamətində rusların hücum cəhdləri qismən dayandırıldı. Tərəflər mövqe döyüşləri apardılar.

Lisiçanskın kənar məhəllələrində küçə döyüşləri gedir. Lisiçansk hələ Ukrayna qüvvələrinin nəzarətindədir.

Baxmut istiqamətində Ukrayana qoşunları İllovaysk istiqamətində qismən irəlilədi.

Donbasda da hücum dayandırıldı. Tərəflər atəş zərbələrini, əsasən, ehtiyatlara və sursat anbarlarının sıradan çıxarılmasına yönəltdi.

Zaporojye istiqamətində də döyüşlər davam etdi. Bu istiqamətdə Rusiya qoşunlarının kolonlarda hərəkətləri müşahidə olundu. Bu cəbhəni ehtiyatlarla dəstəkləyəcəyi görünür.

Xerson istiqamətində taktiki üstünlük Ukrayna həmlə qruplarındadır. Onlar az-az da olsa, irəliləyirlər. Bu istiqamətdə cəbhədə taktiki vəziyyət tez-tez dəyişir.

Nikolayev gün ərzində raket-artilleriya zərbələri altında oldu. Bu istiqamətdə 12 raket buraxıldı.

Odessada vəziyyət nisbətən stabilləşdi. İlan adasının Ukraynanın nəzarətinə keçməsi Odessanın müdafiəsini asanlaşdıracaq. Dəniz yolunun açılması mümkün görünür.

Gün ərzində Rusiya qoşunları bütün istiqamətlərdə raket hücumlarını davam etdirdi. Xüsusən də Nikolayev və Odessa şəhərləri intensiv raket zərbələri ilə vuruldu. Odessada iki raket yaşayış binasına dəydi. Mülki əhalidən ölən və yaralananlar var.

Rusiyanın gecə saatlarında həyata keçirdiyi raket hücumları nəticəsində 2-si uşaq olmaqla 20 nəfərin həyatını itirdiyi, 38 nəfərin yaralandığı bildirilib. Hücumda 9 mərtəbəli bina və bir yaşayış obyektinin hədəf alındığı, 3-ü uşaq olmaqla 8 nəfərin dağıntılar altından xilas edildiyi öyrənildi. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın mülki hədəflərə qarşı hücumlar təşkil etdiyini təkzib edib.

Düşünürəm ki, Rusiyanın kütləvi raket zərbələrinin intensivliyi Ukraynanın ərazilərində dağıntılara səbəb olaraq xalqda Ukrayna hökumətinə qarşı kütləvi narazılıq yaratmağa yönəlib. Onlar düşünürlər ki, mülki əhaliyə və infrastruktura nə qədər çox ziyan dəyərsə, xalq hökuməti təslimçiliyə daha tez məcbur edər. Məncə, bu plan istənilən nəticəni verməyəcək.

Hələ ki Rusiyanın total raket-artilleriya taktikası qarşısında Ukrayna ordusunun imkanları vəziyyəti ciddi dəyişməyə imkan vermir.

ABŞ və Avropa Birliyinin hərtərəfli yardımı fonunda əməliyyatlar teatrında vəziyyətin Ukraynanın lehinə dəyişib-dəyişməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv