!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 157-ci GÜNÜ: "Rusların hücum tempi hələ də intensivdir..." - TƏHLİL

!Reklam – Yazi

157 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 715 ədəd, hərbi avtomobil texnikası – 2 850 ədəd, səhra artilleriyası və minaatanlar – 887 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 265 ədəd, HHM sistemi – 121 ədəd, təyyarələr – 223 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 180 ədəd, PUA – 730 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 960 ədəd, hərbi avtomobil texnikası – 4 013 ədəd, səhra artilleriyası və minaatanlar – 839 ədəd, YARS – 577 ədəd, HHM sistemi – 380 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 455 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 157-ci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 157-ci gün bütün əməliyyat teatrında Rusiya qoşunlarının yenidən qruplaşması müşahidə olundu:

“Xarkovdan Xersona qədərki cəbhə zolağında yenidən qruplaşmadan sonra Rusiya qoşunlarının istiqamətlər üzrə yeni hücum əməliyyatları keçirəcəyi gözləniləndir.

Son sutka ərzində Rusiya və Ukrayna qoşnlarının təmas vəziyyətindəki əməliyat şəraitində ciddi dəşiklik baş vermədi. Tərəflərin qarşılıqlı mövqe döyüşləri və raket artilleriya dueli davam etdi.

Tərəflər daha çox məsafədən raket-artilleriya vasitələrinin atəşlərilə bir-birinə zərər, itki verdirmə taktikasına üstünlük verirlər.

Volınskaya-Polınsk istiqamətində vəziyyətdə dəyişiklik olmadı. Belarus istiqamətində ciddi hərəkətlilik hiss olunmadı.

Seversk istiqamətində qarşı tərəf Çerniqov və Sumı vilayətlərinin yaşayış məntəqələri ərazilərinə raket zərbələri endirdi. Mülki infrastruktur və obyektlərə ziyan dəydi.

Xarkov istiqamətində vəziyyət nisbi stabil qaldı. Rusiya qoşunları Xarkov şəhərini bombalamağa davam etdi. Artilleriya və minaatanlarla atəşlər həyata keçirildi.
Seversk istiqamətində üç günlük fasilədən sonra Rusiya qoşunlarının hücumalarında aktivlik hiss olundu.

Kramatorsk istiqamətində aktivliyin azaldığı müşahidə olundu. Havadan kəşfiyyat intensivlədi.

Baxmut istiqamətində qarşı tərəf Soledar, Baxmut, Travneve yaşayış məntəqələri atəş zərbələrinə məruz qoydu. Mülki infrastruktura ciddi ziyan dəydi. Təmas vəziyyətindəki bölmələr hücum cəhdləri etdilər. Hücumçular uğur qazanmadı.

Avdeyevka istiqamətində ciddi döyüşlər davam etdi. Ruslar Avdeyevka və Peski rayonlarını raket artilleriya vasitələrindən və tanklardan atəşə tutdular.

Pavlovka istiqamətində intensiv döyüşlər davam edir.

Zaporojye istiqamətində də vəziyyət əvvəlki gündəki kimi oldu. Artilleriya dueli davam etdi. Aviasiya zərbələri də endirildi. Bu istiqamətdə Ukrayna qoşunları əks-həmlələr keçirməyə cəhd etdi.

Bu istiqamətdə Ukrayna qoşunları rusların SU-25 döyüş təyyarəsini vurdular.

Bu gün Ukraynanın müdafiə nazirinin müavini general mayor Vladimir Qavrilov və Böyük Britaniyanın müdafiə naziri Ceyms Heppi Şotlandiyadakı Kral Hərbi Dəniz Qüvvələrində təlim keçən ukraynalı dənizçilərlə görüşdülər. Bu da öz növbəsində xaricdə təlim görən Ukrayna hərbi ehtiyyatlarının tezliklə əməliyyatlarda iştirakından xəbər verir.

Əməliyyatlar teatrında günün yekununa görə cəbhədə ən təhlükəli vəziyət Xerson istiqaməti sayıla bilər. Çünki ruslar digər istiqamətlərdən əsas qüvvələrini bu istiqamətə cəmləşdirməyə davam edir. Onların bu istiqamətdə 20 minə yaxın canlı qüvvə cəmləşdirə biləcəkləri ehtimal olunur. Bu da öz növbəsində ciddi hücum öncəsi hazırlıqdan xəbər verir.

Bununla paralel Rusiya qoşunları gün ərzində bir istiqamətdə maddi-texniki təminat yollarının bərpası və çay keçidlərinin hazırlanması üçün fəal tədbirlər həyata keçirdi.

Eyni zamanda bütün istiqamətlər üzrə Rusiya raket artilleriya qoşunları Ukrayna ərazisində hərbi və mülki obyektlərə hava və raket zərbələri endirməkdə davam etdi.

Rusiya qoşunları bütün cəbhə boyu PUA-larla hava kəşfiyyatını davam etdirir.

Əməliyyatlar teatrındakı son vəziyyət onu deməyə əsas verir ki, Rusiya qoşunlarının hücum tempi əvvəlki günlərdəki kimi hələ də intensivdir. Operativ və taktiki hədəfləri ələ keçirməkdə ordu qrupları qərarlıdırlar. Əməliyyat şəraitinə hələki Rusiya qüvvələri nəzarət etməkdə davam edir.

Aktiv əməliyyatların gündəmini onlar müəyyən edir. Nə qədər itkilərə mail olsa da, ruslar hərbi hədəflərindən vaz keçmək fikrində deyillər. Əksinə intensivliyi daha da artıraraq gedirlər.

Hücumların intensivliyini və tempi artırmaqla rusların operativ-taktiki hərbi hədəflərinə nail olub-olmayacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

928
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv