!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukraynaya kütləvi hücum BAŞLADIR?: "Qlobal təhlükəsizlik vəziyyəti getdikcə daha mürəkkəb..."

!Reklam – Yazi

“Yeni il ərəfəsində və sonrasında hücumlar daha da artacaq”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin yaxın perspektiv üçün taleyindən danışan hərbi ekspert Aleksandr Musienko deyib.

Onun sözlərinə görə, Rusiyanın Şimali Koreyadan aldığı hərbi yardım son vaxtlar regionda baş verən gərginliyin artmasına səbəb olub:

“Müasir müharibə strategiyalarında hər iki ölkənin birgə hərəkət etməsi Ukraynanın işğalçı qüvvələri ilə mübarizəsini daha da çətinləşdirir. Rusiya ehtiyatda saxladığı iki irimiqyaslı hücumla Ukraynanın müdafiə qüvvələrinə qarşı ciddi təzyiq yaratmağı hədəfləyir. Bu hücumların həm hərbi, həm də siyasi məqsədləri var.

Xüsusilə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində Rusiyanın hərbi fəaliyyətlərinin artması önəmlidir. Çünki bu həm də Rusiyanın beynəlxalq müstəvidəki nüfuzunu gücləndirəcək.

Yeni il ərəfəsində və sonrasında hücumlar daha da artacaq. Bu hücumların tarixləri 7-10 gün arasında dəyişə bilər.

Kompleks hücumlara hazırlıq üçün müəyyən xarakterik əlamətlər var. Bu əlamətlər arasında kəşfiyyat məlumatlarının və hərbi aviasiyanın fəaliyyətinə diqqət çəkilir. Başqa sözlə, təyyarələr xətt üzrə “Engels”ə və ya əksinə hərəkət edir. Bu, raket daşıyan təyyarələrin gəlişi kimi xarakterizə edilə bilər.

Rusiyanın hərbi əməliyyatlarının artması ilə qlobal təhlükəsizlik vəziyyəti getdikcə daha mürəkkəb və qeyri-müəyyən hala gəlir. Əlavə olaraq, kompleks hücum beynəlxalq siyasətdəki balansı da dəyişdirə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv