Rusiya və Ermənistan arasında saziş imzalandı
Rusiya ilə Ermənistan arasında Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması məqsədi ilə kredit müqaviləsi imzalanıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, razılaşma Ermənistanın baş naziri Ovik Abramyanın Rusiyaya səfəri zamanı əldə olunub.
Sənədi Ermənistanın beynəlxalq iqtisadi inteqrasiya və islahatlar nazirinin müavini Suren Karayanla Rusiya maliyyə nazirinin müavini Sergey Storçal imzalayıblar.
Metsamor AES-in ikinci enerji blokunun rekonstruksiyası 2017-ci ilin yazında başlayacaq.
Yeni enerji blokunun tikintisi isə 2018-2019-cu illərə təsadüf edəcək. Rusiya yeni enerji blokunun tikintisi üçün 4,5 mlrd. dollar dəyərində avadanlıqla yardım edəcək. Konkret olaraq yeni blokun inşası üçün Rusiyadan Ermənistana “nüvə adası”nın gətiriləcəyi planlaşdırılır.