Rusiyaİran Rəşt-Astara dəmir yolu xətti layihəsinin həyata keçirilməsinə başlayacaq

media-hightechnic-468x90

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu xətti layihəsinin praktiki icrasına 2026-cı il aprelin 1-dən başlanacaq.

media-banner_tkm

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyev Rusiya və İran arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işi çərçivəsində bildirib.

Onun sözlərinə görə, tərəflər layihənin başlanmasını ləngidən bütün mübahisəli məsələləri həll edə biliblər:

“Şimal-Cənub” dəhlizi təkcə enerji deyil, həm də nəqliyyat dəhlizidir. Onunla Rəşt-Astara dəmir yolu xəttinin tikintisi əlaqəlidir. Biz demək olar ki, bütün məsələləri, o cümlədən torpaqların rəsmiləşdirilməsi və güzəştlərin əldə edilməsinə dair məsələləri işləyib hazırlamışıq. Aprelin 1-də Rusiyada nəqliyyat həftəsində bu layihənin reallaşdırılmasına başlanılması barədə yekun razılaşmanın olacağına razılaşdıq”./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05