“Rusiya və Qərb arasında savaş başlasa, bu, ən dəhşətli müharibə olacaq” – Politoloqdan PROQNOZ

media-hightechnic-468x90

“Putinin qərarı faktiki olaraq onu göstərir ki, müharibə artıq yerində sayır. Nə irəliləyiş var, nə də Ukraynanın əks-hücuma keçmək üçün yetərli gücü…”

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov rəsmi Kremlin gələn ay Ukrayna ilə atəşkəs imzalamağa hazır olması barədə yayılan məlumatları şərh edərkən deyib.

media-2022-03-17-11-04-33r1wadhv4sicdgmcvfnjg_file-3

Politoloqun fikrincə, Rusiya yeni hədəflər üçün güc toplamaqdadır:

“Rusiya anlayır ki, yeni müharibəyə hazırlaşmalıdır, bu qaçınılmazdır. Rusiya ilə Avropanın açıq qarşıdurmaya daxil olması sadəcə vaxt məsələsidir. Əslində, biz Ukrayna meydanında Rusiyanın bir çox ölkə ilə savaşını müşahidə edirik. Görünür, siyasi texnoloqlara bu kifayət etmir onlar Almaniya, Fransa və Böyük Britaniyanın Rusiya ilə haqq-hesablarını mütləq şəkildə çürütməli olduqlarını düşünürlər.

Bu vəziyyət Putin üçün məğlubiyyətdir, yoxsa uduş? İndiki şəraitdə Rusiya və ABŞ-nin mövqelərini müqayisə etsək, birmənalı şəkildə Rusiyanın qalib gəldiyini demək olar. Rusiya Ukrayna ərazisinin dörddə birini nəzarətə götürüb və geri qaytarmayacaq. Həm Qərb, həm də Tramp Ukraynanı itkiləri ilə barışmaq məcburiyyətində qoyaraq bu məğlubiyyətə hazırlayırlar”.

Tofiq Abbasov qeyd edib ki, Rusiya işğal etdiyi ərazilərdə artıq quruculuq işlərinə başlaya bilər:

“Rusiyanın hərbi qüvvələri yenidənqurma mərhələsinə keçib. Əgər Qərblə birbaşa müharibə başlasa, bu, həqiqətən də dəhşətli olacaq. Biz artıq ən qorxulu dünya müharibəsinin konturlarını görürük. Köhnə qitə böyük bir savaşın eşiyindədir; biz bunu tarixdə hər 80-100 ildən bir müşahidə edirik”.

Ekspertin fikrincə, bu düşmənçiliyin kökündə dərin nifrət dayanır:

“Qərbdə gedən böyük müharibələrin hamısında qarşı tərəfdə Rusiya var. Onlar rəqib deyil, düşməndirlər. Ukrayna məsələsində Rusiyanı işğal siyasətinə görə günahlandırmaq üçün kifayət qədər əsasımız var. Lakin medalın digər tərəfi də odur ki, Ukrayna artıq Qərb və ABŞ tərəfindən bu müharibəyə hazırlanmışdı. Ssenari Qərbdə cızılsa da, əsas icraçı ABŞ idi.

Tramp hazırda gah nala, gah mıxa vuraraq sülh məsələsini gündəmə gətirir və Putinlə münasibət quran biri kimi görünməyə çalışır. Lakin reallıq budur ki, Amerikanın bütün hakim elitası Rusiya ilə düşməndir və bu, həmişə belə olacaq. Bütün bunları nəzərə alsaq, Rusiya üçün yeni müharibə qaçınılmaz görünür”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05