!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir? – Mühüm DETALLAR

!Reklam – Yazi

Rusiyanın Xankəndidə konsulluq açmaq istəməsi etirazlara səbəb olub.

Bakıda hesab edirlər ki, Rusiyanın faktiki olaraq hazırda yaşayışın olmadığı yerdə konsulluq açmaq istəməsi qəbuledilməzdir. Hətta bu barədə Azərbaycanın sabiq XİN rəhbərləri də öz etirazlarını bildiriblər.

Yenicag.az-la söhbətində politoloq Elçin Mirzəbəyli Rusiyanın Xankəndidə konsulluq açmaq istəməsinin detallarına toxunub.

O, aydınlaşdırıb ki, Rusiya Federasiyasının qanunvericiliyinə görə, bu ölkənin diplomatik nümayəndəliklərinin konsulluq xidmətlərinin aşağıdakı funksiyaları var:

1) Rusiya Federasiyasının vətəndaşlığı məsələlərinə baxılması və Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Rusiya Federasiyasının vətəndaşlığı məsələlərinə dair qərarların icrası;

2) Rusiya Federasiyasının hüdudlarından kənarda Rusiya Federasiyası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərin, Rusiya Federasiyası vətəndaşının şəxsiyyətini təsdiq edən və Rusiya Federasiyasına daxil olmaq (geri qayıtmaq) hüququ verən müvəqqəti sənədlərin qeydiyyatı və verilməsi; xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına daxil olması və Rusiya Federasiyasından çıxışı üçün sənədlər (bundan sonra – Rusiya vizası), bu sənədlərə lazımi dəyişikliklərin edilməsi, Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onların geri götürülməsi və ya ləğvi;

3) konsulluq dairəsinin ərazisində müvəqqəti və ya daimi yaşayan Rusiya Federasiyası vətəndaşlarının uçotunun aparılması;

4) həbs edilmiş, istintaqa cəlb olunmuş Rusiya Federasiyası vətəndaşlarının hüquqlarını və qanuni mənafelərini qorumaq, habelə konsulluq dairəsi ərazisində itkin düşmüş Rusiya Federasiyası vətəndaşlarının axtarışı üçün tədbirlər görmək;

5) konsulluq dairəsinin ərazisində yerləşən Rusiya Federasiyası vətəndaşlarına federal hökumət orqanlarına seçkilər zamanı seçki hüquqlarını və Rusiya Federasiyasının referendumunda iştirak etmək hüququnu həyata keçirməkdə köməklik göstərmək;

6) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

7) notariat hərəkətlərinin aparılması;

8) Rusiya Federasiyasının ərazisində təqdim edilməsi üçün nəzərdə tutulmuş xarici rəsmi sənədlərin konsul leqallaşdırılması;

9) vətəndaşların və hüquqi şəxslərin hüquq və mənafelərinə aid sənədlərin tələb edilməsi;

10) konsulluq dairəsinin ərazisində yerləşən, üzərində qəyyumluq və ya qəyyumluq təyin etmək lazım olan Rusiya Federasiyası vətəndaşlarının hüquqlarını və qanuni mənafelərini qorumaq üçün tədbirlər görmək;

11) Rusiya Federasiyasının Dövlət bayrağı altında üzən gəmilərə, Rusiya Federasiyasının hərbi gəmilərinə və hərbi yardımçı gəmilərinə, hava gəmilərinə, Rusiya Federasiyasında qeydiyyata alınmış və ya qeydiyyata alınmış avtomobil və dəmir yolu nəqliyyatının hərəkət heyətinə, habelə Rusiya Federasiyasının dövlət bayrağı altında üzən gəmilərə lazımi yardım göstərmək; onların konsulluq dairəsinin ərazisində yerləşən heyətləri (hesabları) və s.

12) sanitariya, fitosanitariya və baytarlıq mühafizəsi sahəsində tədbirlərin görülməsi;

13) konsulluq dairəsində yerləşən Rusiya hərbi və mülki qəbirlərinin, onların üzərində quraşdırılmış abidələrin, xatirə nişanlarının və digər memorial tikililərin uçotu, təhlükəsizliyi və abadlaşdırılması üçün tədbirlər görmək.

Siyasi təhlilçinin fikrincə, göründüyü kimi, istər Azərbaycanın Xankəndi şəhərində, istərsə da ölkəmizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində qeyd olunan istiqamətlər üzrə konsulluq xidmətlərinin həyata keçirilməsi üçün zəmin yoxdur:

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində bərpa-quruculuq işləri başa çatdırıldıqdan, məcburi köçkünlərin böyük əksəriyyəti öz doğma evlərinə qayıtdıqdan sonra. Konsulluq xidmətinin funksiyalarına daxil olan fəaliyyətin həyata keçirilməsinə zərurət yaranarsa, bu istiqamətdə qarşılıqlı razılaşmalar əsasında müvafiq addımların atılması mümkündür”.

“Məlum olduğu kimi, Azərbaycanın Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində konsulluqları var. Amma nəzərə almaq lazımdır ki, Sankt-Peteburqda Rusiya vətəndaşı olan 28 minə yaxın azərbaycanlı yaşayır. Yekaterinburqda isə Rusiya vətəndaşı olan azərbaycanlıların sayı 7 min nəfərdir. İş vizası ilə və müvəqqəti oturum icazəsi ilə sözügedən şəhərlərdə yaşayan azərbaycanlıların – Azərbaycan vətəndaşlarının sayının bu göstəricilərdən dəfələrlə çox olduğunu nəzərə alsaq – həm Sankt-Peterburqda, həm də Yekaterinburqda Azərbaycan konsulluqlarının fəaliyyət göstərməsi tamamilə məntiqə və reallığa uyğundur.
Bütün bunlarla yanaşı, hər hansı bir ölkənin ərazisində başqa bir dövlətin bu və ya digər statuslu diplomatik missiyasının fəaliyyət göstərməsinin həmin ölkənin suveren hüquqlarını məhdudlaşdıra biləcəyi barədə iddiaları da doğru hesab etmirəm” – deyə E. Mirzəbəyli fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv