SON DƏQİQƏ! Türkiyəyə məxsus təyyarə radardan itdi/ YENİLƏNDİ
Türkiyəyə məxsus AT802 yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xorvatiyaya təmir üçün gedən Türkiyəyə məxsus 2 yanğınsöndürmə təyyarəsindən biri radardan itib.
Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə radardan itən təyyarə qəzaya uğrayıb, pilot şəhid olub.
***
Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi radardan itib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəyə məxsus 2 AT802 yanğınsöndürmə təyyarəsi təmir üçün Xorvatiyaya yola düşsə də təyyarələrdən biri Zaqreb Havalımanından qalxışdan sonra radardan itib.
Bu barədə məlumat yayan Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi təyyarənin axtarışlarına başlanıldığını bildirib












