Daha bir ölkədə Rus Evi bağlanır
Moldova parlamenti Kişinyovdakı Rus Evinin fəaliyyətini tənzimləyən sazişi birinci oxunuşda ləğv etmək üçün səs verib.
Yenicag.az xəbər verir ki, hakim Fəaliyyət və Həmrəylik partiyasından altmış millət vəkili, eləcə də “Evdə Demokratiya” partiyasından millət vəkili təklif olunan təşəbbüsü dəstəkləyib.
Qanun layihəsi Moldova və Rusiya hökumətləri arasında 1998-ci il oktyabrın 30-da Moskvada imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin rəsmi olaraq ləğvini nəzərdə tutur. Sənəddə həmçinin Moldova Xarici İşlər Nazirliyinin bu sazişin ləğvi barədə Rusiya tərəfini məlumatlandırması da nəzərdə tutulur.












