CAR Olimpiadaya ev sahibliyi etmək üçün müraciət edəcək

media-hightechnic-468x90

Cənubi Afrika Respublikasının Prezident Administrasiyasının dövlət naziri Kumbudzo Ntşaveni ölkənin 2036 və ya 2040-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmək niyyətində olduğunu açıqlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.

“France24”ün məlumatına görə, Ntşaveni deyib: “Cənubi Afrika hökuməti 2036 və ya 2040-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciət etmək qərarına gəlib. Turnirə ev sahibliyi edə biləcəyimizə əminik”.

Həmçinin qeyd edilib ki, 2010-cu il FIFA Dünya Kubokuna ev sahibliyi edən Cənubi Afrika infrastrukturunu təkmilləşdirmək üçün əhəmiyyətli investisiya tələb etməyəcək.

Afrika ölkələri heç vaxt Olimpiya Oyunlarına ev sahibliyi etməyiblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05