Rusiyada avtomobil Baykal gölünə düşüb, bir qrup turist ölüb

media-hightechnic-468x90

Rusiyanın İrkutsk vilayətində içərisində insanlar olan avtomobil Baykal gölündə buzun altına düşüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ökə KİV-ləri Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, yeddi turist və sürücü ölüb.

“Fevralın 20-si gündüz saatlarında Baykal gölündə, Xoboy burnu yaxınlığında doqquz nəfəri daşıyan “UAZ” markalı avtomobil buzun altına düşüb. İlkin məlumatlara görə, hadisə nəticəsində ölənlər var”, – məlumatda bildirilib.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Bundan əlavə, İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bir nəfərin xilas olduğunu, qalanların isə ilkin ehtimala görə həlak olduğunu bildirib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (təhlükəsizlik tələblərinə cavab verməyən, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan xidmətlərin göstərilməsi) və 293-cü maddəsinin 3-cü hissəsi (səhlənkarlıq) ilə cinayət işi başlanıb./Report

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05