Rusiyada bir qrup azərbaycanlı gənc Ermənistan səfirliyinə etiraz etdi

media-hightechnic-468x90

Rusiya paytaxtı Moksvada bir qrup azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubunu təqdim etdilər. Səfirliyə gələn azərbaycanlılara ilk öncə bu cür etirazların xüsusi dipolmat tərəfindən qəbul olunduğunu deyərək, 1 saatdan artıq gözlədildilər. Azərbaycanlı gənclərin məktub alınmayacağı təqdirdə səfirliyi tərk etməyəcəyini görən ermənilər imza ataraq gənclərin etirazlarını yazlı surətdə qəbul etdilər.

Etiraz məktubunda Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Ermənistan tərəfindən əsir götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun dərhal azadlığa buraxılması, Ermənistan dövlətinin Azərbaycan qarşı təxribatlardan əl çəkməsi və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması tələb olundu. Həmçinin, məktubda dünya dövlətləri və təşkilatlarının əsirlər haqqında səsləndirdiyi fikir və azadliğa buraxılması tələbi də yer aldı. Bundan başqa, Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu, Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya nümayəndəliyi tərəfindən 3 aydır “Əsirlərimizi azad edin” kompaniyası çərçivəsində dünyanın bir çox dövlətlərindən göndərilən 300 dən çox şəkildə ermənistan səfirliyinə təqdim edildi.
“Məqsədimiz azərbaycanlıların haq səslərinin çatdırılmasıdır. Qanunsuz saxlanılan azərbaycanlılar azda olunmalıdır. Bunu nəinki azərbaycanlılar dünya gəncliyi tələb edir” deyərək AMİİ fondunun sədri Şamil Tağıyev bildirdi.
Sonda ermənistan səfirliyi önündə “Xocalıya ədalət” plakatları tutaraq etirazlarını bildirdilər. Yerli camaatı Azərbaycanın haq səsinə səs verməyə çağırdılar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa