Rusiyada delfinariya yandı

media-hightechnic-468x90

Bu gün səhər Rusiyanın Sevastopol şəhərindəki delfinariyada yanğın olub, yanğın damın bir hissəsini və yaxındakı suvenir dükanlarını məhv edib.

Yenicag.az xəbər verir ki, həmçinin delfinariyanın infrastrukturunun bir hissəsi də yanıb.

Heyvanlar xəsarət almayıb. Hadisə zamanı onlar suda, yanğın ocağından 10 metr aralıda olublar.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, artıq yanğın söndürülüb.

Hadisə yerində müstəntiqlər işləyirlər./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600