!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada öldürülən Gülnar Həbibova Masallıda dəfn olunub

!Reklam – Yazi

gulnar20160530Sankt-Peterburq şəhərində iki ay öncə ailə qurandan sonra itkin düşən, bu günlərdə isə həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olan Gülnar Həbibovanın cənazəsi bu gün səhər doğulduğu Masallı rayonuna gətirilib.

APA-nın cənub bürosunun xəbərinə görə, 23 yaşlı Gülnar Həbibova Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Gülnar Həbibovanın bu il aprelin 22-də Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşdüyü açıqlanıb.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi mayın 26-da G. Həbibovanın qətlə yetirilməsi, qətldə şübhəli bilinən həyat yoldaşı, 32 yaşlı Samir Həbibovun saxlandığı barədə məlumat yayıb. S. Həbibov istintaqın gedişində həyat yoldaşını öldürdüyünü etiraf edib, meyitin yerini göstərib. O, qətlin təsadüf nəticəsində baş verdiyini bildirib.

Gülnar və Samir Həbibovlar bu aprelin 15-də ailə qurublar. Bir həftə sonra Gülnarın itkin düşməsi ilə bağlı polisə ilk olaraq həyat yoldaşı müraciət edib. O, qadının Tibb Universitetinə dərsə getmək üçün evdən çıxdığını bildirib və telefonunun söndürüldüyünü bildirib.

 

www.yenicag.az

812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv