Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapıldı

Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb.

Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir.

İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.