!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada rublu çökməkdən xilas edən tatar qadın – Qərb onu öz tərəfinə çəkməyə çalışır

!Reklam – Yazi

Elvira Nabiullina yalnız Rusiyada deyil, Avropada da ən güclü mərkəzi bank rəhbərlərindən biridir. Mühafizəkar bir tatar ailəsində dünyaya göz açan Elvira Putinin etimadına o qədər malikdir ki, onun sistemdə nə qədər əleyhdarı olsa belə, onlar Mərkəzi Bank sədrinə heç nə edə bilmirlər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Economist” nəşrinin “Rusiyanı ayaqda saxlayan, Putinin birbaşa dəstəyinə malik tatar dəmir ledi – Elvira Nabiullina” adlı məqaləsində qeyd olunub.

Qəzet yazır ki, Nabiullina Sovetlərin sonunda texnokratik mühitdə yetişib.

“2014-ci ildə o rublu çökməkdən xilas edə, Mərkəzi Bankda praqmatist və gənc komanda yarada bildi. Nabiullina, eyni zamanda, Rusiyada üzən məzənnə, azad fond bazarının əsasını qoydu. O cümlədən tatar dəmir ledi neoliberal şəxsdir, çoxları onun Putini müharibədən yayınmağa inandırmağa çalışdığını bildirir”, nəşr yazır.

KİV-in məlumatına görə, o, 2022-ci ildən sonra sanksiyalara Rusiya bazarını 1700-ə yaxın uyğunlaşdırdı, maliyyə sektorunu qorudu, defoltdan qaça bildi, ressessiyanı önlədi, inflyasiyanı cilovladı.

“O, həmçinin özünün qeyri-populyar qərarları ilə Rusiya iqtisadiyyatını ayaqda saxlaya bilir və Rusiya iqtisadiyyatı sanksiyalara müqavimətə davam edir. Dəfələrlə istefa vermək istəsə də, Putin buna imkan verməyib. Putin ona özündən də çox inanır və o, Putin üçün çox böyük şansdır. Beynəlxalq Valyuta Fondu və Dünya Bankında onu çox ağıllı və soyuqqanlı texnokrat hesab edirlər. 60 yaşlı tatar bankiri Qərb dəfələrlə öz tərəfinə çəkməyə çalışıb, amma o Putinə sona qədər sadiqdir. Nabiullina Rusiyanın Qərblə əsas körpüsüdür. O hələ də Qərbin maliyyə qanadı ilə əlaqələri davam etdirir.

Rafi Müslümov

COP29

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv