Rusiyada zavodda böyük yanğın baş verdi - FOTO/VİDEO

media-hightechnic-468x90

Rusiyanın Samara vilayətində keçmiş diyircəkli yastıq (“podşipnik”) zavodunun ərazisində böyük yanğın baş verib. Yanğının sahəsi min kvadratmetrə çatıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə barədə Samara vilayəti üzrə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Belə ki, nazirlikdən verilən məlumata görə, yanğın barədə məlumat sentyabrın 15-də saat 10:39-da növbətçi xidmətə daxil olub. Qeyd edək ki, Kirov bazarının yaxınlığında, Kalinin küçəsi, 1 ünvanında 100 kvadratmetr ərazini əhatə edən yanğın başlayıb və getdikcə yanğın sahəsi artıb.

Ölən və yaralanan yoxdur. Yanğını söndürmək üçün 71 nəfər və 22 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyindən 59 nəfər və 18 texnika cəlb edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05