Rusiya ABŞ-ın sanksiya tətbiqinə münasibət bildirib.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında ABŞ-ın bundan sonrakı dönəmdə inkişaf üçün resurslarını itirdiyinə görə yeni sanksiyalar tətbiq etdiyini deyib.
“Burada məsələ Rusiyada deyil. ABŞ anlayır ki, gələcək inkişafı üçün resurslarını itirir. Ona görə də yeni siyasi, iqtisadi, maliyyə ekspansiyaları lazımdır. ABŞ bunun üçün son günlər təkcə Rusiya, Çin, İrana qarşı yox, hətta öz tərəfdaşı Avropa Birliyinə qarşı da sərt siyasət aparır” – deyə o qeyd edib.
www.yenicag.az