!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan koronavirus QƏRARI - Xarici vətəndaşların ölkəyə girişi qadağan edildi

!Reklam – Yazi

Martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub

Yenicag.az xəbər verir ki, telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.

Ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcəkdir. Uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcəkdir.

***

Rusiya hökuməti koronavirusla mübarizə ilə əlaqədar olaraq bütün xarici vətəndaşların ölkəyə girişini qadağan edib.

Yenicag.az xəbər verir ki, qərar may ayının 1-nə qədər qüvvədə olacaq.

www.yenicag.az

2463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv