Rusiyalı deputatlar: “Andrey Karlovu Qərb dövlətləri öldürüb”

media-hightechnic-468x90

andreykarlovRusiya Dövlət Dumasının deputatları ölkənin Türkiyədəki səfiri Andrey Karlovun ötən gün Ankarada qətlə yetirilməsində Qərbi günahlandırıblar.

media-banner_tkm

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Xarici işlər Nazirliyinin səfirə qarşı sui-qəsdin planlaşdırılmış terror aksiyası olmasına dair bəyanatından sonra ölkə parlamentinin aşağı palatasının deputatları da bu hadisəyə kəskin münasibət bildiriblər. Səfirin qətli ilə bağlı danışan Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski A.Karlova qarşı sui-qəsdin Qərbdə hazırlandığını bildirib. RLDP sədri əlavə edib ki, A.Karlovun öldürülməsinin arxasında Türkiyə-Rusiya münasibətlərinin korlanması niyyəti dayanır.

Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sabiq sədri Aleksey Puşkov isə səfirə qarşı sui-qəsdin Rusiya düşmənlərinin Hələbdə baş verənlərə reaksiyası kimi qiymətləndirib.

Rusiya Dövlət Duması Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin müavini Frants Klintseviç səfirin qətlini “Rusiyaya meydan oxumağa yönələn provakasiya” adlandıraraq, sui-qəsdin arxasında NATO-nun xüsusi xidmət strukturlarının dayana biləcəyini söyləyib.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05