Rusiyalı məşhur müğənni ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

media-hightechnic-468x90

Rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev səhhətində problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, ilkin müayinədən sonra ifaçının ürəyində problem müəyyən olunub və o, reanimasiya şöbəsinə köçürülüb.

Həkimlər Nikolayevin vəziyyətini ağır kimi qiymətləndirirlər. Tibb işçilərinin sözlərinə görə, əməliyyat barədə qərarlarını hərtərəfli müayinədən sonra açıqlayacaqlar.
Qeyd edək ki, müğənninin səhhətində yanvar ayında da ciddi problem olmuşdu. Həmin vaxt təcili xəstəxanaya aparılan ifaçının ürəyinə iki stent qoyulmuşdu.

Mənbə: “112” “Telegram” kanalı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600