Rusiyalı teleaparıcının malikanəsi yandırıldı

media-hightechnic-468x90

İtaliyanın Menaco şəhərində Komo gölü sahilində rusiyalı teleaparıcı Vladimir Solovyova məxsus olan villa yandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı İtaliyada çıxan “La Repubblica” qəzeti yayıb.

“Müstəntiqlərin araşdırması davam edir. Deyə bilərik ki, binaya ciddi ziyan dəyməyib. Hazırda villa boşdur. Ola bilsin bu, etiraz aktıdır”, – Menaco şəhərinin meri Mikele Spacari bildirib.

Məlumata görə yanğınsöndürənlər yanğının qarşısını tez alıblar. Hadisə yerindən yanmış təkərin aşkarlanması villanın yandırıldığını ehtimal etməyə əsas verir.

İtaliyanın Maliyyə Qvardiyasının əməkdaşları Komo gölü sahilində Solovyova məxsus iki villaya həbs qoymuşdu.

Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları təbliğ etdiyi üçün Vladimir Solovyov Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600