Rusiyanın 70 milyard dollarlıq planı: Yuan alıb, sonra...

media-hightechnic-468x90

Rusiya dost ölkələrin valyutaları ilə 70 milyard dollar almağı planlaşdırır.

Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, Qərb ölkələrinin sərt sanksiyaları ilə üzləşən Rusiya ehtiyat avlyuta siyasətinə yenidən baxır. Çünki Qərb ölkələri Rusiyanın 640 milyard dollarlıq valyuta və qızıl ehtiyatlarının təxminən yarısını ələ keçirib.

Rusiya Mərkəzi Bankının 2023-2025-ci illər üzrə pul siyasəti hesabatında bildirilir ki, Rusiya Maliyyə Nazirliyi dost valyutaların Milli Sərvət Fondunda saxlanması/xərclənməsi üçün əməliyyat mexanizminin tətbiqi imkanları üzərində işləyir.

Araşdırmaya görə, Rusiya sanksiyalar səbəbindən birbaşa dollar və ya avro ala bilmədiyi üçün Türkiyə, Çin və Hindistan kimi ölkələrin valyutalarını almağı və Milli Sərvət Fondunda saxlamağı planlaşdırır. Bu fonda Moskva, əsasən, Çin valyutası yuan almağı planlaşdırır.

Gülşən

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600