Rusiyanın Avropaya mümkün HÜCUMU: ABŞ hazırlıqlara başladı

media-hightechnic-468x90

NATO Rusiyanın Avropaya mümkün böyük hücumu halında ABŞ əsgərlərini və texnikasını cəbhə xəttinə çatdırmaq üçün dəhlizlər planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu iddia ilə nüfuzlu “The Telegraph” nəşri çıxış edib.

Qəzet yazır ki, ABŞ əsgərləri NATO ölkələrinin limanları vasitəsilə cəbhəyə aparılacaq. Məlumata görə, indiyədək əsas marşrut Hollandiya-Almaniya-Polşa xətti olub.

“Lakin bu xətt Rusiya ordusu tərəfindən vurularsa və əlaqə kəsilərsə, İtaliya, Yunanıstan, Türkiyə və Norveç limanlarından istifadə ediləcək. ABŞ ordusu İtaliya-Sloveniya-Xorvatiya-Macarıstan, Yunanıstan-Bolqarıstan-Rumıniya, Türkiyə-Bolqarıstan-Rumıniya və Norveç-İsveç-Finlandiya xətləri ilə cəbhəyə çatacaq”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa