!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Azərbaycana münasibətində QEYRİ-SƏMİMİLİK: “Separatçılara silah daşıması...” - ŞƏRH

!Reklam – Yazi

“Son vaxtlar separatçılara silah daşıması Rusiyanın açıq aşkar Ermənistanı müdafiə etməyə başladığından xəbər verir. Rusiya Qarabağ problemindən istifadə edərək bölgədə mövcudluğunu qoruyub saxlamaq istəyir”.

Bunu Rusiya MN-ə dəfələrlə etiraz olunmasına baxmayaraq hələ də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizcə yanaşması haqqında fikirlərini bildirən politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

Rusiya Müdafiə Nazirliyinə dəfələrlə etiraz olunmasına baxmayaraq, səhvini təkrar etməsi rus sülhməramlılarının Azərbaycanla bağlı münasibətlərinin heç birində səmimi olmadığını deməyə əsas verir:

“Rusiya Qarabağda mövcudluğunu qoruyub saxlamaq istəyir. Bu baxımdan Rusiya MN-in bu ifadələrini bizə qarşı xoş olmayan niyyəti kimi qəbul edirik. Əgər Rusiya sülhməramlıları öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bəlkə də, Azərbaycan Qarabağda öz suveren hüquqlarını bərpa etmiş, bəlkə də, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmışdı. Ancaq təəssüflər olsun ki, Rusiya bu bölgədə sülhün tərəfdarı deyil.

Rusiya Qarabağ problemindən istifadə edərək supergüc olduğunu sübut etmək istəyir. Bu isə Azərbaycana və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlikdən başqa bir şey deyil.

Son vaxtlar separatçılara silah daşıması Rusiyanın açıq-aşkar Ermənistanı müdafiə etməyə başladığından xəbər verir. Rusiya Qarabağ problemindən istifadə edərək bölgədə mövcudluğunu qoruyub saxlamaq istəyir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv