!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Azərbaycana qondarma rejimin müstəqilliyini tanıma təhdidi... - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Rusiya Azərbaycanla nə qədər müttəfiqlik bəyənnaməsi imzalasa da, reallıqda düşmənçilik siyasəti aparır.

Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən sonra 10 noyabr bəyanatının heç bir bəndinə əməl olumayıb. Bundan əlavə, Rusiya Azərbaycana qarşı törətdiyi bütün əməllərin yalnız arxasında var idi, reallıqda bunu Azərbaycanın potensial erməni vətəndaşları törədirdi. Bilirdik, ancaq sübutumuz yox idi.

Rusiya Azərbaycanın Qarabağ müharibəsindəki hərbi qələbəsi ilə yeni reallıqlarla qarşılaşdı. Əgər proses Azərbaycanın istədiyi kimi həllini tapsa, təkcə ərazi bütövlüyü təmin olunmurdu, Azərbaycan Cənubi Qafqazın xəritəsini yenidən çəkmiş olurdu. Rusiya ona görə də sülhməramlı adı altında Qarabağa ordu yeritdi. Xankəndinin bir addımlığında olarkən gecə ilə bəyanat imzalandı. Rusiya bilirdi ki, Qarabağ tamamilə işğaldan azad edilsə, nəinki bölgə əldən çıxacaq, bölgədəki dövlətlərə təsir gücü də itəcək.

Kreml öncə erməniləri maşa kimi istifadə etdi. Onların vasitəsi ilə atəşkəsi pozdu, maşın karvanlarının qarşısını kəsdi, təminata mane oldu. Dəfələrlə atəşkəsin pozulması halları şübhəli olub.

Rusiya daha sonra Azərbaycanla psixoloji müharibə aparmağa başladı. Xocalıda dahilərinə büstlər qoydu, Müdafiə Nazirliyinin rəsmi saytında yayılan videolarda seperatçı rejimin polisləri ilə birgə yoxlamaları nümayiş etdirdi. Rusiya birdən-birə burada qalıcı olduğunu, çıxmaq niyyəti ilə gəlmədiyini deyə bilmirdi. Psixoloji müharibə də budur. İnsanları öyrəşdirir, daha sonra əsl üzünü ortaya qoyur.

Rusiya artıq Kremlə bağlı ekspertləri vasitəsi ilə Azərbaycanı hədələyir. Rusiya dövlətinin xarici və işğalçı siyasətini izləyənlər yaxşı bilir ki, öncə iddiaları kimlərinsə dili ilə səsləndirir, ardınca özü hərəkətə keçir.

Bəli, kimlərsə deyə bilər ki, Rusiyanın başı Ukraynaya qarışıb, Azərbaycana qarşı hansısa addım ata bilməz. Bu cür düşünənlər bir şeyi unudurlar ki, Napoleon Moskvanı işğal edən vaxt ruslar Azərbaycanı işğal etmişdi. Düzdür, indiki Azərbaycan o Azərbaycan deyil, ancaq hər şeyi hesablamaqda fayda var.

Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexin Qarabağı Krımla müqayisə edib və oxşarlıqlar tapıb. Hətta referendum keçirmək, Rusiyaya birləşmək iddiasını ortaya atıb. Əslində, bu, yenilik deyil. Düşünürəm ki, bunun təməlini hazırlayıblar. Qarabağda yaşayan ermənilərə Rusiya pasportlarının paylanması məsələsi dəfələrlə gündəmə gəlib, ancaq fakt olmadığı üçün arxa plana keçib.

Bir qədər də irəli gedib iddia edənlər də var ki, rəsmi Bakı məhz bu təhdid qarşısında Rusiya ilə müttəfiqlik bəyənnaməsinə qol çəkib. Əks halda, Rusiya qondarma rejimin müstəqilliyini tanımaqla təhdid edə bilərdi ki, Azərbaycan bununla Rusiyanın bu gedişini hələlik də olsa, neytrallaşdırıb.

İndi Rusiya yeni mərhələyə qədəm oyub. Əvvəl parçalayıb, parçaladığı yerdə qondarma respublikalar qururdusa, indi konkret öz ərazisinə birləşdirmə siyasəti həyata keçirir. Artıq seperatçı rejimlərin bir neçəsi referendum keçirib, Rusiyaya birləşmək qərarı alıb. Lepexin də yeni mərhələdə yeni iddia ortaya atıb. Artıq müstəqilliyi tanımaq yox, birbaşa birləşmək.

Rusiya regionda daha da fəallaşacaq. Paşinyan belə etiraf edir ki, sülh müqaviləsinin imzalanmasına Rusiya imkan vermir. İki variant qalır: Ya münaqişə dondurulur, münaqişənin qalıqları ilə proses davam edir, o zamana qədər ki, yeni reallıqlar yaransın və Azərbaycan hərəkətə keçsin. Necə ki, müharibədə elə oldu; Ya da Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün antiterror əməliyyatlarına başlayır. Məsələ ondadır ki, Qarabağda silahlar bu dəfə işə düşsə, müharibə Qarabağın inzibati sərhədlərindən kənara çıxa bilər. Yəni Azərbaycan tarixi torpaqlarını da işğaldan azad etmək üçün son dərəcəli riskli müharibəyə girişə bilər. Bu, mümkündür? Əslində, mümkündür. Ötən ayın 18-də yazdığım məqalədə qeyd etmişdim ki, erməni tərəfi bir qədər də sülh məsələsini yubatsa, Azərbaycan tarixi torpaqlar tezisini gündəmə gətirəcək. Çox keçmədən rəsmi Bakı Zəngəzur, İrəvan üzərindən Ermənistana mesaj verdi.

Hazırda Rusiya bütün bunları görərək və hesablayaraq Azərbaycanı dolayısı ilə təhdid edir.

Məsələ ondadır ki, Rusiya davamlı olaraq tarixi torpaqlardan bəhs edir və siyasətini bu yöndə qurur. Rusiya, nədənsə, tarixin ancaq SSRİ, ən uzağa gedəndə isə Çar Rusiyası dönəmindən ibarət olduğunu düşünür. Rusiya mütləq tarix və tarixi dərs almalıdır. Ən azı, tarixini bilməsi üçün…

Lepexin və onun kimi düşünənlər bir şeyi unudur ki, Dərbənd Azərbaycanın tarixi torpağıdır. Ruslar tayqada ibtidai insan cəmiyyəti formasında yaşayanda Dərbənd şəhər idi və Azərbaycanın tarixi dövlətlərinin tərkib hissi idi.

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv