Rusiyanın bu kanalları “Bakı-2015”i göstərəcək

media-hightechnic-468x90

556db6ea55dba_1433253610fghRusiya prezidenti Vladimir Putinin “I Avropa Oyunlarını niyə Rusiya telekanalları yayımlamaq istəmir” iradından sonra yarışı yayımlayacaq kanalın adı bəlli olub.

media-banner_tkm

Bu haqda məlumatı “vestikavkaza” saytı yayıb.

Məlumata görə, “Rossiya” telekanalı “Bakı-2015”in Təşkilat Komitəsi ilə müqavilə bağlayıb.

Rusiyalılar eyni zamanda I Avropa Oyunlarını “Rossiya-2”, “Sport”, “Sport 1” və “Boyçovski klub” telekanalları ilə də baxa biləcəklər.

“Bakı-2015”in Əməliyyatlar üzrə bas direktoru Saymon Kleq bağlanan müqaviləyə görə razılığını bildirib.

Xatırladaq ki, I Avropa Oyunları Azərbaycanda iyun ayının 12-dən 28-dək keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05