!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın çirkin əməlləri, sülhməramlıların hərəkətsizliyi, ermənilərin Qarabağa keçidi... - Azərbaycan müharibənin astanasında

!Reklam – Yazi

“Proqnozlaşdırıldığı kimi müharibə olsa, Azərbaycan ordusu Qarabağın xeyli hissəsini azad edə biləcək”.

Bu fikri dünyanın bir neçə nöqtəsində ehtimal olunan müharibələr, Qarabağda yenidən savaşın olması və nəticələri barədə danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, yenidən müharibə olsa, Azərbaycan işğal altındakı bəzi əraziləri azad edəcək:

“Ruben Vardanyanın Qarabağa gəlməsi ilə gərginlik daha da artdı. Gərginliyin bu qədər artması müharibə ehtimallarını da gündəmə gətirməyə bilməz. Vardanyanın Azərbaycana qarşı səsləndirdiyi fikirlər Azərbaycan dövlətində və xalqında qıcıq yaradır. Ermənilərə ən böyük zərbə vuran elə Vardanyan özü olacaq. Onun açıqlamaları və atdığı addımlar sülhə yox, müharibəyə aparır.

Ehtimal edirəm ki, əgər onlar delimitasiya, demarkasiya işinə başlamasa, sülh müqaviləsi imzalanmasa, müharibə ola bilər. Əgər bu hal baş versə, Qarabağda əməliyyatlar həyata keçirib müəyyən əraziləri işağldan azad edə bilərik.

Rusiya da sakit oturmayıb, Qarabağda öz çirkin əməlləri ilə məşğuldur. Sülhməramlıların hərəkətsizliyi göz qabağıdandır. Onlar ermənilərin mitinqlər keçirməsinə, onların Ermənistandan Qarabağa daşınmasına göz yumur. Laçın dəhlizi demək olar ki, tam nəzarətsizdir. Oradan təkcə ermənilər yox, kimlər lazımdırsa, Laçın dəhlizi vasitəsi ilə Azərbaycan torpaqlarına daxil olurlar. Bu isə gərginlik yaradır. Hesab edirəm ki, müharibə ilə bağlı xarici təşkilatların proqnozları düzdür.

Uzun yox, qısa müddətdə toqquşma ola bilər. Ordumuzun əməliyyatlar zamanı Qarabağın xeyli hissəsini azad etmək imkanı yaranacaq”.

Səxavət Məmməd

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv