!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın daha 11 şəhərindən Bakıya uçuşlar bərpa edilir - SİYAHI

!Reklam – Yazi

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 11 şəhərindən Bakıya beynəlxalq müntəzəm uçuşların həyata keçirilməsinə icazə verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəsmi saytında dərc edilib.

Beləliklə, tezliklə həftədə üç dəfə olmaqla, Ufa, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan, Perm, Novosibirsk, Rostov-Don, Mahaçqala, Mineralnıye Vodı hava limanlarından Bakıya uçmaq mümkün olacaq.

Uçuşlar “Ural Hava Yolları”, “Azimut” və “Red Wings” aviaşirkətləri tərəfindən həyata keçiriləcək.

“Rosaviasiya” həmçinin “Severnıy Veter” şirkətinə Rostov-Don və Mineralnıye Vodı aeroportlarından müvəqqəti və çarter uçuşlar həyata keçirməyə lisenziya verib.

Uçuşların dəqiq vaxtı və qiyməti aviaşirkətlər tərəfindən tənzimlənəcək.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv