!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Fərruxla bağlı SƏHVİ: "Özləri də etiraf edirlər ki..."

!Reklam – Yazi

“Rusiya Xarici İşlər Nazirliyi Fərrux kəndi məsələsində geri addım atdı”.

Bu sözləri Rusiya XİN rəhbəri Lavrovun İrəvan səfərində Fərrux kəndi barədə səsləndirdiyi fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “düzəltməsini” şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan dövlətinin və ictimaiyyətinin Lavrovun səsləndirdiyi fikrə münasibəti onları geri addım atmağa vadar edib:

“Lavrov Fərrux kəndinin də delimitasiyaya aid ediləcəyi ifadəsini işlətmişdi. Azərbaycanda jurnalistlərin, ictimaiyyətin və dövlətin reaksiyasından sonra həmin ifadə çıxarıldı. Rusiya XİN yaydığı məlumatlardan da o ifadəni silib. Lavrov o ifadəni işlədəndə ya çaşıb elə danışıb, ya da səhv edib. O, səhv tutulduğuna görə geriyə doğru addım atmalı oldular. Özləri də etiraf edirlər ki, səhvə yol veriblər. Zaxarovanın açıqlamasından əvvəl də İrəvan görüşü ilə bağlı məlumat yayılmışdı, o məlumatda həmin hissə çıxarılmışdı. Bu yaxşı haldır. Bu məsələdə hər kəsin işini müsbət qiymətləndirmək lazımdır.

Bütün hallarda görüşlər olmalıdır. Lavrov Bakıya gələndə problem həll olmayacaq, ancaq hər xırda irəliləmə də uğurdur. Ona görə də fürsətdən istifadə etməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv