!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın fövqəladə hallar naziri təlim zamanı həlak oldu - VİDEO

!Reklam – Yazi

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən vəfat edib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

Məlumata görə, Ziniçev Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussla birlikdə yeni yanğınsöndürmə hissəsinin inşası ilə maraqlanmaq üçün Dudinsk şəhərinə yollanıb. Nazirlə birlikdə su hövzəsinin kənarında dayanan operatorun ayağı sürüşüb və suya yıxılıb. Onu xilas etmək üçün suya tullanan Ziniçevin də başı daşa dəyib və nazir yerindəcə keçinib. Operatorun da öldüyü bildirilir.

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

www.yenicag.az

847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv