Rusiyanın gizli İran planı? – Paradda texnika nümayişi niyə ləğv edildi?

media-hightechnic-468x90

“Ukrayna–Rusiya müharibəsi və ABŞ–İran gərginliyi növbəti paradda Rusiyanın hərbi texnika nümayiş etdirməməsinin əsas səbəbi ola bilər.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümünə həsr olunmuş paradın hərbi texnikanın iştirakı olmadan keçirilməsi barədə Rusiya dövlətinin qərarını şərh edib:

“Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümü paradında hərbi texnikanın iştirak etməməsi qeyri-adi hadisə deyil. Rusiya Müdafiə Nazirliyinin mövqeyi məntiqi və realist yanaşmaya söykənir. Hazırda aktiv müharibənin davam etdiyi, eyni zamanda ABŞ-ın diqqətinin İrana yönəldiyi bir vaxtda, Rusiya hərbi texnikasını daha çox Ukrayna cəbhəsinə cəmləşdirə bilər.

Bundan əlavə, Rusiyanın ABŞ–İran qarşıdurmasının uzanmasında strateji maraqları var. Bu münaqişə fonunda İrana xeyli sayda hərbi texnika satılması da mümkündür. Qeyd olunan faktorlar paradda texnikanın iştirak etməməsini şərtləndirən amillər kimi çıxış edir. Əslində, paradlarda geniş texnika nümayişi təcrübəsi bir qədər mübahisəlidir; beynəlxalq praktikada daha çox hərbi birliklərin keçidinə üstünlük verilir. Bu, həm də birbaşa təhlükəsizlik tədbirləri ilə bağlıdır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05