!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın güc strukturlarının əməkdaşları öz ailələrini xaricə çıxarmağa yol axtarırlar” - Araşdırmaçı-jurnalist

!Reklam – Yazi

Rusiyanın xüsusi xidmət əməkdaşlarının öz ailələrini ölkədən xaricə çıxarmaq üçün mümkün variantlar axtarışında olduqları bildirilir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq “Bellingcat” qrupuna daxil olan araşdırmaçı-jurnalist Xristo Qrozev “Azadlıq” radiosuna müsahibəsində deyib.

Qrozevin sözlərinə görə, Rusiyada vəziyyətin getdikcə gərginləşməsi və proseslərin nəzarətdən çıxma ehtimalının artması onları bu barədə düşünməyə vadar edir:

“Onların sırasında Federal Təhlükəsizlik Xidməti ilə Baş Kəşfiyyat İdarəsinin nisbətən məlumatlı və intellektual əməkdaşları xüsusi yer tuturlar.

Onlar müharibənin gedişatı ilə bağlı tam məlumatlıdırlar və Rusiyanın real itkilərinin hansı miqyasda olduğunu dəqiq bilirlər. Bu əməkdaşlar getdikcə gərginləşən vəziyyətin nəzarətdən çıxma ehtimalının artdığını aydın görürlər”.

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv