Rusiyanın hədəfindəki yeni ölkə: Moldova və Rumıniya birliyi savaşa səbəb olacaq?

media-hightechnic-468x90

“Moldovanın Rumıniyaya birləşməsi məsələsi Rusiyanın ani təcavüzündən yayınmaq xarakteri daşıyır”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas-politoloq Xəyal Bəşirov bildirib.

Hüquqşünas son günlər Moldova və Rumıniyanın birləşdirilməsi və hər iki tərəfin liderlərinin bu məsələyə dəstək verməsini belə şərh edib:

“Bu məsələ son dövrlərdə daha intensiv səsləndirilir və hər iki ölkədə geniş müzakirə edilir. Moldova və Rumıniyanın birləşdirilməsinin Rusiya-Ukrayna müharibəsi fonunda gündəmə gəlməsi xüsusi önəm daşıyır. Bu gün Avropa dövlətlərinin təhlükəsizliklə bağlı ciddi problemləri var; ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra bütövlükdə Avropada təhlükəsizliklə bağlı narahatlıq daha da artıb. Şərqi Avropa dövlətlərinin keçmiş SSRİ ilə bağlılığı və Moldova-Rumıniya tarixi prosesləri bu birləşmə ideyasına stimul verən əsas amildir, lakin nəzərə almalıyıq ki, bu, təkcə siyasi qərar deyil”.

X. Bəşirov məsələnin yekun həllinin ümumxalq səsverməsindən keçdiyini vurğulayıb:

“Dövlət başçıları bu mövqedə ola bilər, lakin məsələnin həlli üçün liderlərin iradəsindən başqa, xalqın mövqeyi də vacibdir. Moldovanın Rumıniyaya birləşməsi məsələsində liderlərin mövqeyi seçkilərdən sonra daha da aktivləşib. Rusiyanın Moldovaya münasibəti rəsmi İrəvanı (həmsöhbət Moldovanı nəzərdə tutur – red.) ciddi narahat edir. Qərar verilərsə, məsələ hüquqi prosedurlardan keçməli və vətəndaşların əksəriyyətinin mövqeyini özündə ehtiva etməlidir. Sonda isə məsələ ümumxalq səsverməsi yolu ilə həllini tapmalıdır. Moldovada referendum keçirilməli və seçkinin nəticəsi əsas götürülməlidir. Bu prosesin baş tutub-tutmayacağı və vətəndaşların hansı mövqe sərgiləyəcəyi proqnozlaşdırılması çətin məsələdir. Ukraynadakı müharibə Avropa xalqları arasında ciddi təlaş yaradıb və onlar gələcəkdə Rusiya ilə qarşıdurmaya girə biləcəklərindən narahatdırlar. Ukrayna ərazilərinin hazırkı vəziyyəti bütün Avropa dövlətlərini ciddi düşünməyə vadar edir. Əgər Moldova xalqı təhlükəsizlik narahatlığını aradan qaldırmaq üçün Rumıniya ilə birləşmək qərarına gələrsə, bu, Ukraynanın Aİ və NATO-ya inteqrasiya cəhdləri kimi Rusiyanın reaksiyasına səbəb ola bilər. Birləşmə baş verərsə, bu, Rusiyanın Moldovaya hücum etməyəcəyinə və ya Ukrayna ssenarisini təkrarlamayacağına dair heç bir təminat vermir. Düşünürəm ki, hər şey referendumun nəticəsində bəlli olacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05