Rusiyanın iki kəşfiyyatçısı tutuldu – FOTO

Hollandiya polisinin 2018-ci ilin əvvəlində Rusiyanın iki vətəndaşını həbs etdyi bəlli olub. Onlar İsveçrənin Şpits şəhərindəki “Labor Spiez” kimyəvi laboratoriyasından analizin nəticələrini oğurlamağa çalışıblar.

Yenicag.az xəbər verir ki, nəticələr iki tədqiqatla bağlı idi. Tədqiqatlardan biri Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın İngiltərənin Solsberi şəhərində “Noviçok” vasitəsilə zəhərlənməsi, digəri isə Suriyada kimyəvi-zəhərləyici maddədən istifadə olunduğu hücumla bağlıdır.

Hər iki hadisədə Rusiya şübhəli bilinir.

Hollandiyanın “NRC Handelsblad” və İsveçrənin “Tages-Anzeiger” qəzetlərinin verdikləri məlumata görə, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin zabitləri olduğu şübhə doğurmayan iki nəfərin həbsi Hollandiya, İsveçrə və Britaniyanın xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində mümkün olub.

Bir qədər əvvəl Şpisdəki laboratoriya hakerlərin hücumuna məruz qalmışdı.

Ələ keçmiş iki rusiyalıda isə laboratoriyanın kompüter şəbəkəsinə müdaxilə etmək üçün avadanlıq olub.

Həbs olunmuş rusiyalılar məhkəmə qarşısında durmayıblar və Hollandiyanı tərk ediblər.

Hollandiyanın Hərbi Kəhfiyyat və Təhlükəsizlik Xidməti olayla bağlı heç bir şərh verməyib.

İsveçrənin Federal Kəşfiyyat Xidməti (NDB) isə iki rusiyalının tutulması əməliyyatında iştirakını təsdiqləyib.

Şpis şəhərindəki “Labor Spiez” Radioloji və Kimyəvi-Bakterioloji Analiz Mərkəzi Kimyəvir Silahların Yasaqlanması Təşkilatının (The Organisation for the Prohibition of Chemical Weapons, OPCW) səlahiyyətli laboratoriyasıdır./Milli.az/

COP29