Müharibənin taleyində DÖNÜŞ NÖQTƏSİ: “Ukraynanın müdafiəsi ABŞ üçün birbaşa prioritet deyil”

media-hightechnic-468x90

 

“Bir neçə ay əvvəlki telefon danışığı zamanı ABŞ prezidenti Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ukraynadakı enerji infrastrukturunun qorunması və atəşkəs məsələləri müzakirə olunub”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin taleyinin həll olunması istiqamətdə prosesləri təhlil edən politoloq Andre Horodnitdki deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın bu məsələdə əlavə tədbirlər görməsi ehtimalı azdır:

“Tramp Ukraynanın enerji obyektlərinə zərbələr endirildiyi halda daha sərt sanksiyaların tətbiqi təkliflərinə mənfi yanaşır. Onun mövqeyi mövcud olan sanksiyaların kifayət qədər ağır olduğu və əlavə addımların faydasız olacağından ibarətdir”.

Analitik əmindir ki, Rusiya isə Ukraynanın enerji infrastrukturunu ciddi şəkildə hədəfə alaraq, bu vəziyyətdən maksimum fayda əldə etməyə çalışır:

“Rusiyanın Ukraynada öz mövqeyini möhkəmlətmək üçün enerji obyektlərini vurmağa davam etməsi Trampın mövqeyini daha da çətinləşdirir. ABŞ bu vəziyyətə qarşı praktiki olaraq heç bir addım atmağa meylli deyil, çünki Ukraynanın müdafiəsi ABŞ üçün birbaşa prioritet deyil”.

“Bir neçə ay əvvəlki telefon danışığı zamanı ABŞ prezidenti Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ukraynadakı enerji infrastrukturunun qorunması və atəşkəs məsələləri müzakirə olunub. Razılaşmalar olsa da, Moskva Qara dəniz məsələsində və enerji barışığı ilə bağlı daha çox güzəştlər tələb etməyə başlayıb, ancaq bu razılaşmalara baxmayaraq, Rusiyanın hücumları dayanmır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600