Rusiyanın itkiləri yeniləndi
Ukrayna müharibənin 1424-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 225 590 hərbçi, 11 566 ədəd tank, 23 914 ədəd zirehli döyüş maşını, 36 261 ədəd artilleriya sistemi, 1 615 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 278 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 74 601 ədəd avtomobil texnikası, 108 605 ədəd PUA, 4 163 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 044 xüsusi avadanlıq itirib.












