!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın QEYRİ-SƏMİMİLİYİ - "Türkiyənin bölgədə hərbi mövcudluğunun artması..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ukrayna məsələsinin həllini tapmamasının üç əsas səbəbi var”.

Bu fikri Ukrayna ətrafında baş verən proseslər, müharibə ehtimalı, ABŞ və Qərbin mövqeyini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Hərbi ekspert səbəbləri açıqlayıb:

Birincisi, ABŞ bu məsələdə dişsiz siyasət yeridir. Daha aqressiv siyasət yerdiə bilər, çünki ABŞ-ın bu potensialı var. İkincisi isə Avropanın bəzi siyasətçilərin Putindən aldığı “qonorar”dır. Putindən rüşvət almaqdan ötrü Avropanın bir çox siyasətçiləri növbədədir. Bu faktdır, iddia deyil. Üçüncü səbəb isə Avropa Birliyinin birotratik əngəlləridir. Operativ sənədlərin qəbul olunması üçün ölkələr yığılmalı, müzakirələr aparmalıdır. Onlar bu işlə məşğul olduğu vaxt Putin Ukrayna sərhədinə 100 min qoşun yığır. Putin heç nə gözləmir. Bütün bunlar Rusiyanın dominant olmasına və Ukraya məsələsinin həll olmadan qalmasına gətirib çıxarır”.

Tərlan Eyvazov bildirib ki, Putin də sərhəddə yığdığı qoşunla Ukraynanı işğal edə bilməyəcəyini yaxşı bilir:

“Belə bir məlumat yayıldı ki, 150 minə yaxın Rusiya qoşunu Ukrayna sərhədinə yeridilib. Rusiya tərəfi də bunu təkzib etmədi. Bəziləri gözləyirdi ki, müharibə olacaq. Ancaq müharibə olma ehtimalı sıfıra bərabər idi. Son dövrlərdə NATO-Ukrayna münasibətləri, Ukrayna rəhbərliyinin dişsiz siyasəti göstərirdi ki, hansısa proseslər gedir. Ukrayna ordusu isə rəhbərliyin dişsizliyinə baxmayaraq qətiyyətli hərəkət edirdi. Rusiyanın içərisində olan revanşist qüvvələr də Putin hakimiyyətini tənqid edirdi ki, dişsiz hərəkət edirsən. Bütün bu məsələləri nəzərə alan Putin sərhədə qoşun yeritdi və elə bir görkəm yaratdı ki, hansısa bəhanə ilə Ukraynanın müəyyən ərazisini işğal edəcək. Biz bildiyimiz kimi Putin də bilir ki, 100-150 minlik qoşunla Ukraynanı işğal edə bilməz. Ona görə ki, Ukrayna ordusu 1014-cü ildə olan ordu deyil. O dövrdən bəri Ukrayna ordusunda olduqca böyük islahatlar gedib. Ukraynanın birinci növbədə kadr potensialı var. Keçmiş SSRİ-də faiz etibarlı ilə götürsək, Ukrayna mənşəli zabitlərin sayı daha çox idi. Ümumiyyətlə, ukraynalıları zabit peşəsinə yiyələnməyi xoşlayırlar. Ukrayanın özündə neçə-neçə hərbi kadrlar hazırlayan ali məktəblər var. Həmçinin Ukrayanın hərbi yönümlü müəssələri var idi.

Ukrayna ordusunun tərkibində Xüsusi Təyinatlı Qüvvələr yaradılıb. Onun tərkibində təxminən 5-dən çox hərbi hissə mövcuddur. O qüvvələr çox yüksək hazırlığa malikdir. Ukraynanın öz kadrları ilə yanaşı həmin qüvvələr NATO mütəxəssislərinin dəstəyi ilə hazırlanır. Ümumən, Ukrayna qoşunlarının sayı 250 mindən çoxdur. 100 min qoşunla 250 minlik qoşuna qalib gəlmək olmaz. Ukraynanın başqa heç bir ölkə ilə problemi yoxdur, ona görə də onun bütün qoşunları Rusiya sərhədinə gedə bilər. Bundan əlavə lazım olsa Ukraya əhalisi də səfərbər oluna bilər. Həmçinin Ukrayanın milyondan çox çağırışa hazır ola bilən potensialı var. Bütün bunları nəzərə aldıqda, Putinin Ukraynaya qarşı hücuma keçəcəyini gözləmirdim, gözləmirəm də. Bu da baş vermədi.

Putin Qərbin qınağına tuş gəlib. Gözlənilən embarqolar var. Son vaxtlar isə rusiyanın bank sisteminin çökdürülməsindən söhbət gedir. Rusiyanın bütün banklarının dondurulması, xarici əmliyyatların dayandırılması gündəmdə idi və Putinlə görüşdə Bayden bunu onun nəzərinə çatdırdı. Bütün bunlara rəğmən özünü göstərmək üçün Putin bu addımı atmalı idi ki, Qərbdən nəsə qoparda bilsin”.

Hərbi ekspertin sözlərinə görə, Rusiyanın qeyri-səmimi olduğunu Zəngəzur dəhlizində də görə bilirik:

“Həm üçtərəfli razılaşmadan sonra, həm Azərbaycan tərəfinin bütün öhdəlikləri yerinə yetirməsinə, Paşinyanın yenidən seçilməsinə baxmayaraq, Paşinyan özünün götürdüyü öhdəlikləri yerinə yetirmir. Baxmayaraq ki, Azərbaycan Qarabağda az miqdarda qalan ermənilər üçün şərait yaradıb, yol verib. Naxçıvanda olan 10 qat artıq əhalimizə yol verilmir. Bir çox ölkələrin maraq dairəsində olan Zəngəzur dəhlizi açılmır. Dəhlizin açılması problemi yoxdur. Sadəcə Rusiya köhnə “dovşana qaç, tazıya tut” siyasətini yeridir. Əgər bir ildən artıq keçən vaxt ərzində Ermənistana yerində həddini bildirsəydi, o dəhliz çoxdan açılmış olardı. Azərbaycan tərəfi haqlı olaraq ermənilərə yaratdığı şəraitin Zəngəzur dəhlizində də yaradılmasını tələb edir. Ermənistan Rusiyanın təhriki ilə Zəngəzur dəhlizində gömrük və sərhəd postlarının qurulmasını istəyir. Təbii ki, daşınılacaq yüklərdən divident götürmək niyyətindədir. Əgər hər bir yük saxlanılacaq, yoxlanılacaqsa dəhlizin açılmasının bir anlamı qalmır. Buradan belə məlum olur ki, Ermənistanı bu cür hərəkət etməsinə sövq edən Rusiyadır. Kənardan baxanda da çox gülünc görünür, balaca, müharibədə uduzmuş bir ölkə diqtə etməyə çalışır.

Müharibə dövründə və ondan əvvəl olduğu kimi Türkiyə daha effektiv görünmür. Çünki Türkiyə məqsədlərinə nail olmuşdu. Yerdə qalan məsələlər diplomatiyanın boynunda idi. Görünən odur ki, heç bir məsələ həll olunmur. Azərbaycan tərəfinə atəş açılır, erməni silahlıları tərki-silah olunmur. Bunları da Rusiya yerinə yetirmədiyi üçün Türkiyə hərəkətə keçməlidir. Türkiyə ilkin olaraq Monitorinq Mərkəzindəki hərbçilərinin sayını artırır. Təkcə məsələ bununla bitməyəcək. Türkiyənin bölgədə hərbi mövcudluğu yüksələn xəttlə gedəcək. Bu Azərbaycana da çox lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv