!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın üçtərəfli məcburi görüş "DƏVƏT"İ - " Putinin təhdidi Paşinyanı eyfariyadan ayıltdı" - ŞƏRH

!Reklam – Yazi

“Bürussel görüşü elan edilsə də, Putin hər şeyi qabaqlayaraq, Qərbi də pis vəziyyətdə qoymaq üçün üçtərəfli görüş təyin etdi”.

Bunu Paşinyanın Rusiyanın moderatorluğu ilə ilk görüşdən imtina etməsi, Bürussel görüşündən əvvəl isə Soçidə görüşə məcbur olmasının səbəblərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Putinin təhdidi Paşinyanı eyfariyadan ayıltdı:

“Sözsüz ki, danışıqlar prosesi ilə bağlı Rusiyanın güddüyü maraqları Paşinyan qəbul etmirdi. Noyabrın 9-a təyin edilmiş üçtərəfli görüşü açıq sürətdə boykot etdi. Bəhanə olaraq da bildirdi ki, bu görüşdə nəticəyə gəlmək mümkün olmayacaq. Nəticə dedikdə, masada Qarabağın dağlıq hissəsindəki separatçıların da taleyinin müzakirə edilməsini nəzərdə tuturdu.

Paşinyan hər gün Fransa prezideti Makron və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişellə telefon əlaqəsində olub. Bu şəxslər bu bölgədə provikasiyaya meyilli siyasət yürüdürlər. Dünyanı da bu avantüraya cəlb edirlər. Onlar nayabrın 9-da nəzərdə tutulan Soçi görüşünü pozdular.

Rusiya ordusunun kəşfiyyat idarəsi Makronun qərbi Avropa liderləri ilə telefon danışığının səs yazısını Putinə tənqdim edib. Qısa müddətdə öz təşəbbüsü ilə iki gün ardıcıl Paşinyana zəng edib. Birinci zəngində Paşinyanla təhdid dilində danışdı və onun Qərbi bölgəyə cəlb etmək arzularının xam xəyal olduğunu onlara xatırlatdı. Paşinyanı beləcə tam nəzarət altına aldı. Birinci telefon danışığı haqqında tam məlumat yayılmasa da, ikinci telefon danışığı haqqında Kreml icmalı dərc etdi. Orada Paşinyan Rusiyanın, Putinin ünvanına səsləndirdiyi komplimentlər yer aldı. Elə həmin vaxt Putin bildirdi ki, cənubi Qafqaz Rusiyanın maraq dairəsidir və buradakı məsələlər Rusiyanın moderatorluğu ilə həyata keçiriləcək və dediyi kimi oldu.

Görüş sülhyaratma məsələlərinin həllinə yönəlib. Nəticə barədə 100 faiz dəqiqliklə fikir söyləmək mümkün deyil. Düşünürəm ki, sərhədlərin müəyyən olunması və kommunikasiyaların açılması barədə məsələlər müzakirə olunacaq”.

Səxavət Məmməd

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv