!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın yanındakı ölkələrin MƏCBURİYYƏTİ - "Son ümid MDB-dir" - İlham İsmayıl

!Reklam – Yazi

“Rusiyanın yanında olan ölkələr təhlükəsizlik nöqteyi-nəzərdən yox, qorxduqları, təhlükə gördükləri üçün onun yanında yer alırlar”.

Bu fikri Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü, Qarabağ probleminin həlli yolları, Paşinyanın mövqeyi və keçmiş Dağlıq Qarabağdakı separatçıların davranışını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, Rusiya postsovet ölkələrini öz ətrafında sıx birləşdirmək üçün maksimum çalışır:

“Rusiya postsovet ölkələrindən əlavə Çin və Türkiyəni də öz yanına çəkmək istəyir. Bu isə çox çətindir. Ona görə də, daha çox postsovet ölkələrini öz əlində saxlamaq istəyir. İlin sonuna yaxın MDB dövlət başçılarını bir araya yığaraq, göstərməyə çalışırlar ki, bir yerdəyik. Əslində bu sinvolik bir görüş idi. Adından da görünür ki, rəsmi yox, qeyri-rəsmi görüş olub. Rusiyanın yanından çox sayda dövlətlər gedib, son ümid MDB ölkələridir.

Paşinyanın dekabrın 24-də Qarabağla bağlı açıqlamasından sonra faktiki olaraq siyasi müxalifət və cəmiyyətin bir hissəsi onun üzərinə gedəcək. Ən çox etiraz isə Xankəndindəki separatçı liderlərdən gəldi. Araik Artunyan 8 bəndən ibarət bir bəyanat imzaladı. Hər kəs bilir ki, Artunyan arxasında müəyyən güc hiss etməsə, o bəyanatı verə bilməzdi. Həmin güc də məhz Rusiya dövlətidir. Araik bir növ bildirdi ki, Rusiyanın yanındadır. Çox güman ki, Xankəndində Kremlin siyasi texnoloqları oturub və yaxud ciddi əlaqələri var. Onlar nə deyirlər, Araik də onu təkrarlayır. Araikin ciddi prespektivi yoxdur. Müharibədən sonra onun ilk açıqlaması o olmuşdu ki, bizneslə məşğul oluram və gedəcəyəm. Ona başa saldılar ki, sən getsən, burada heç vaxt prezident seçkiləri keçirilə bilməyəcək. Ermənistanla Xankəndi arasındakı qarşıdurmanı yaxşı hesablamaq lazımdır. Bunun xeyirli tərəfləri də var, təbii ki, zərərli tərəfləri də mövcuddur.

Rusiya bundan sonra daha çox Paşinyanın üzərinə təsir və təzyiq edəcək. Paşinyanın arxasında bu strategiyanı cızan Qərb var. Qərb bilir ki, Rusiyanı Cənubi Qafqzda tədricən çəkilməsinin yolu Qarabağdan keçir. Ermənistana Rusiya lazım deyil. Rusiyaya Ermənistan lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

947
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv