!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyasız dünya" PLANI: "Putin praqmatik siyasətçi olsa da, Qərbin tələsinə düşdü"

!Reklam – Yazi

“Hazırda Putin və komandasının Qərbin oyunlarına qarşı mübarizədə hələ ki məğlub tərəf olduğunun şahidiyik”.

Bunu Rusiyada keçiriləcək növbəti prezident seçkiləri barədə fikirlərini bölüşən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiyada keçiriləcək prezident seçkiləri dünya dövlətlərinin maraqla izlədiyi prosesdir:

“Vladimir Putinin Rusiya Konstitusiyasına əsasən, növbəti dəfə də prezident seçilmək imkanı mövcud idi. 24 fevral 2022-ci il tarixinə qədər dünyadakı bütün güclər Putini Rusiyada növbəti prezident seçkiləri üçün ən real namizəd kimi görürdü. Onun xalq arasında, beynəlxalq icmaiyyətdə kifayət qədər nüfuzu, dünyada baş verən proseslərə müdaxilə etmək imkanı vardı.

Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra həm Rusiya dövləti və cəmiyyəti üçün, həm də Vladimir Putin üçün çox çətin və ağır bir il oldu. Ötən müddət ərzində Rusiya dövləti, iqtisadiyyatı kifayət qədər zədə aldığı kimi, Vladimir Putinin də həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində nüfuzu kifayət qədər aşağı düşdü.

Hesab edirəm ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləyə məcbur edilməsinin əsas səbəblərindən biri növbəti mərhələ üçün “Putinsiz Rusiya” formalaşdırmaq idi. Plan dünya təhlükəsizliyi üçün çox ciddi təhlükələrdən biri olan Rusiyanın idarə oluna bilən bir dövlətə çevrilməsi idi. Putin nə qədər ağıllı, praqmatik siyasətçi olsa da, Qərbin cızdığı planların tələsinə düşdü. Hazırda Putin və komandasının Qərbin oyunlarına qarşı mübarizədə hələ ki məğlub tərəf olduğunun şahidiyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

426
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv