!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya daha bir ZƏRBƏ: Aİ ilə sadələşdirilmiş viza rejimi tamamilə dayandırıldı – QƏRAR

!Reklam – Yazi

Avropa Komissiyası Rusiya ilə sadələşdirilmiş viza rejiminin tamamilə dayandırılması haqqında qərar qəbul edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, qərar bu il sentyabrın 12-dən qüvvəyə minəcək.

Məlumata görə, bu barədə qərarı Avropa İttifaqının (Aİ) daxili işlər üzrə komissarı İlva Yohansson açıqlayıb.

Qeyd olunur ki, qərarda rusiyalılara humanitar məqsədli vizaların verilməsi prioritet olmalı, turist vizalarının verilməsi isə məhdudlaşdırılmalıdır.

Bu zaman tələbələr, jurnalistlər, dissidentlər və vətənədaş cəmiyyəti nümayəndələrinə vizaların verilməsi üçün şərtlər asanlaşdırılmalıdır.

Eyni zamanda, ittifaq ölkələrinə beynəlxalq münasibətlərə təhdid yarada biləcək rusiyalılara viza verilməsindən imtina hüququ da tanınacaq.

Bundan başqa, Avropa Komissiyası Rusiya vətəndaşlarına verilmiş 1 milyona yaxın Şengen vizasına da yenidən baxa bilər.

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv