!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyaya düşmən kimi baxılmalıdır” – Amerikalı general

!Reklam – Yazi

ABŞ Strateji Hərbi Qüvvələrinin komandanı, ordu generalı Con Hayten Rusiyaya məxsus ballistik raketlərin Avropa üçün təhdid olduğunu bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ölkə Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə namizəd göstərdiyi Strateji Hərbi Qüvvələrinin komandanı, ordu generalı Con Hayten Rusiyanın müxtəlif ərazilərdə ballistik raket kompleksləri yerləşdirməsinin narahatlıq doğurduğunu deyib.

ABŞ Senatının Hərbi fəaliyyət Komitəsində çıxış edən Hayten ölkənin havadan olan təhdidlər və digər mümkün təhlükələrlə bağlı sualları cavablandırıb. General Rusiyanın xüsusilə, 2006-cı ildən bu yana aqressiv mövqe tutduğunu və ABŞ-ın bu ölkənin hərbi addımlarını diqqətlə izləməli olduğunu vurğulayıb:

“Ortamənzilli nüvə silahları üzrə müqaviləyə zidd olaraq, quru ərazidən buraxılan ballistik raketlərin yerləşdirilməsi məsələsi bizi narahat edir. Çünki uzun müddət idi belə hal baş vermirdi. Bu, Rusiyanı necə ələ almaq məsələsinə əlavə edilən bir element olub. Hətta o raketlərdən birinin döyüş vəziyyətinə gətirilməsi də ABŞ üçün təhdiddir.
Bunlara qarşı bizim Avropadakı müttəfiqlərimizi qoruya biləcək heç bir müdafiəmiz yoxdur. Bu raket sistemləri yerləşdirildiyi ərazi baxımından, Avropanın böyük hissəsi üçün ciddi təhdid yaradır”.

Hayten Rusiyanın düşmən kimi görülməməsinə yönələn yanaşmaları da tənqid edib:

“Millətinizi yox edə biləcək təhdidə malik hər kəs – Rusiya və Çin də daxil olmaqla – düşmən olaraq görülməlidir. Onları düşmən kimi görməmək ölkənizi riskə salan qərarlar qəbul etməyinizə yol açır”.

Yeniçağ.Az

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv