Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək
Avropa
Avropa Komissiyası Rusiyaya qarşı əlavə sanksiyaların təsdiq edilməsi üçün təklifləri Avropa İttifaqı Şurasına təqdim edib.
Komissiyasının mətbuat xidmətinə istinadən verilən məlumata görə, sanksiyalar həftənin sonunadək təsdiq olunmalıdır.
Təsdiqini gözləyən sanksiyalar kapital bazarına çıxış, müdafiə təyinatlı məhsullar, ikili təyinatlı mallar və texnologiyalara şamil ediləcək.
Bu təkliflər Aİ ölkələri tərəfindən nəzərdən keçiriləcək.












