!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusların Xocalıda parad hazırlığı... Şuşada alternativ parad... Tribunadakı siluetlər – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Hərbi parad həm də güc nümayişidir. Rusiyanın Qarabağın işğaldan azad edilməmiş ərazilərində hərbi parada hazırlaşması güclə bərabər, bölgədə söz sahibi olmağa da işarə kimi dəyərləndirilə bilər. Rusiya sülhməramlıları Qarabağda bəlli bir missiya yerinə yetirmək üçün gəliblər. Sülhməramlı qüvvələrin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi bir vaxtda hərbi parad üçün məşqlərə, özü də Xocalıda hazırlaşması yaxşı niyyət göstəricisi ola bilməz.

Rusiya tərəfi yaxşı bilir ki, Azərbaycan cəmiyyəti buna səssiz qalmayacaq. Yaxşı, Rusiya bunu bildiyi halda niyə belə davranər? Rusiya bu addımı atmaqla “İsgəndər-M” raketi ətrafındakı müzakirələrdən cəmiyyəti yayındırmaq istəyir. Hətta Azərbaycan dövlətinə də mesaj göndərir ki, ərazidəyəm, istədiyimi edərəm.

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin şəxsi heyətinin sayı 2 minə yaxındır. Belə olan halda, hansı qüvvə ilə hərbi parada hazırlıq gedir? Şəxsi heyət hərbi parada hazırlaşmaq üçün məşqlərə cəlb edilibsə, sülhməramlı missiyanı kimlər yerinə yetirir? Rusiyanın Cənubi Qafqazda hərbi parad keçirmək üçün yeganə haqqının çatdığı və məntiqli olan yeri Gümrüdəki 102-ci hərbi bazasıdır.

Necə Ermənistanın sərhədini qoruyur, eləcə də hərbi paradını keçirə bilər. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda hərbi parad keçirməsi, əslində, Azərbaycana qarşı hörmətsizlik və saymazlıqdır. Hərbi parada hazırlaşmaq, məşqlər etmək onu deməyə əsas verir ki, bu hərbi hissənin daxilində olmayacaq. əgər şəhərdə olacaqsa da, o əsgərlər təkcə Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun qarşısından keçməyəcəklər.

Bir tək Rüstəm Muradovun qarşısından keçmək üçün bu qədər hazırlaşamağa gərək olmamalıdır. Bizi əsas düşündürəcək suallardan biri budur. Hərbi paradda Rüstəm Muradovun yanında kimlər olacaq? Azərbaycanı kim təmsil edəcək? Bu cür məsələlər məşqlərə başlamazdan əvvəl hesablanır, razılaşdırılır. Rüstəm Muradov özü də bu paradın keçirilməsində maraqlı ola bilər.

Çünki bir neçə gün əvvəl Azərbaycanın əlində olan erməni terrorçuların təhvil alınıb geri qaytarılması üçün Bakıya gələn Rüstəm Muradov əli ətəyindən uzun geri dönmüşdü. İrəvanın hava limanına toplaşan kütlə Rüstəm Muradovun terrorçuları gətirəcəyini gözlədiyi bir vaxtda məlum olmuşdu ki, Bakıya necə gedibsə, elə də geri dönüb.

Bu fakt özü onun imicinin və nüfuzunun hansı səviyyəyə endiyinin göstəricisidir. Təbii ki, bunu həzm etmək istəməyən Rüstəm Muradov hərbi parad şousuna əl ata bilər. Ancaq Rüstəm Muradov heç bir halda özbaşına deyil. O, Moskvadan icazəsiz belə bir addım ata bilməz. Yəni bu, həm də rəsmi Moskvanın mövqeyi sayılmalıdır.

Rusiya sülhməramlı qüvvələrinin Qarabağda parad keçirməsi təbii ki, birmənalı qarşılana bilməz. Əgər o paradda Azərbaycan tərəfi iştirak etməsə, cəmiyyətdə neqativlik artacaq. Azərbaycan dövlətinin də razılığı ilə gələn sülhməramlı qüvvələr Azərbaycan xalqı ilə dövlətini qarşı-qarşıya qoymuş olacaq. Rusiya dövləti də yaxşı bilir ki, bölgədə sevilməyən, arzuolunmayan qüvvədir. Atacağı bu tip addımlar isə onlara qarşı olan aqressiyanı daha da artırmış olacaq.

Düşünürəm ki, “İsgəndər-M” qalmaqalından diqqəti yayındırmaq üçün hətta Rüstəm Muradov paradı Araiklə birgə izləyə bilər. Azərbaycan rəsmi olaraq bu məsələdə qəti mövqeyini ortaya qoymalıdır. Əks təqdirdə, bu, cəmiyyətdə Qarabağın işğaldan azad edilməmiş yerləri barədə ümidsizliyə və aqressiyaya yol aça bilər.

Məşqi edilən paradla bağlı müxtəlif təkliflər səslənir. Azərbaycan tərəfinin keçiriləcək paradda iştirakı və ya Şuşada alternativ paradın təşkili təklif edilir. Fikrimcə, bunlara getmək doğru deyil. Sülhməramlı qüvvələrin Qarabağda hərbi parad keçirməsi Azərbaycan dövlətinin imicinə zərbədir.

Moskvada keçiriləcək paradda iştirak normal bir haldır. Çünki o parad Rusiyanın öz daxilində baş tutur. Ancaq Azərbaycan ərazisində Rusiyanın keçirəcəyi parada Azərbaycanın qoşulması, nümayəndə göndərməsi sadəcə olaraq çarəsizliyin nümayişi ola bilər.

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv