!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rüsumların artırılmasına ETİRAZ: "Əhali üçün çətin olacaq"

!Reklam – Yazi

“Rüsumların qaldırılması imkansız ailələrə çox ciddi problemlər yaradacaq.”.

Bunu bir sıra sahələrdə dövlət rüsumlarının artırılmasını tənqid edən Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Sosioloqa görə, rüsumların artımı qiymətlərin bahalaşmasına təsir edəcək və bu fonda sıravi vətəndaşların sosial rifahı aşağı düşəcək:

“Bu gündən etibarən qaz və işığın qiymətində də artım olacaq. Dövlət rüsumlarının artması faktorunu da nəzərə alsaq, əhalinin müəyyən qismi üçün çətin olacaq. Minlərlə insanın təqaüdü və sosial müavinətinin kəsilməsi fonunda bir neçə xidmətin eyni anda bahalaşması doğru addım deyil. Müxtəlif fırıldaqlarla pensiya alan şəxslər var. Mövcud şəraitdə onları aşkara çıxarmaq lazım idi. Sosial xidmətləri bahalaşdırmaqla, təqaüdə ehtiyacı olduğu halda, bundan məhrum edilən insanların vəziyyətini daha da ağırlaşdırmağa ehtiyac yox idi. Onsuz da mağazalarda bahalaşma özünü açıq şəkildə göstərir. Elə insanlar var ki, aylarla evinə normal bazarlıq edə bilmirlər. Ərzaq məhsullarının, xüsusən də yağın qiymətində hədsiz bahalaşma var. Rüsumların qaldırılması kobud səslənsə də, imkansız ailələrin belini qırmaq deməkdir. Bahalaşma tətbiq olunmadan öncə insanların gəlirini düşünmək lazım idi. Qarşıdan qış ayları gəlir və əksər insanlar qazdan istifadə etməmək üçün fərqli yollar tapmağa çalışırlar”.

Gülşən Şərif

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv