Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək

media-hightechnic-468x90

NATO Baş katibi Mark Rütte yanvarın 19-da Brüsseldə qurumun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ilə görüşəcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə blokun mətbuat xidməti məlumat yayıb.

“Bazar ertəsi, yanvarın 19-da Baş katib Mark Rütte Brüsseldə NATO-nun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ilə görüşəcək. Mətbua ilə təmaslar nəzərdə tutulmayıb”, – mətbuat xidməti görüşün mövzularını açıqlamadan bildirib.

Daha əvvəl M.Rütte növbəti həftə Qrenlandiyanın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı NATO çərçivəsində bir sıra məsləhətləşmələr keçiriləcəyini elan edib.

Onun fikrincə, bu, ABŞ-ni inandırmalıdır ki, NATO Qrenlandiyanı yaxşı müdafiə edir və buna görə də onu ilhaq etməyə ehtiyac yoxdur, sadəcə alyansın ərazisi kimi istifadə etmək olar./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa